“Liderlər bir insanın heyvan kimi davranmasını gözləmirdi”
“Xarkovda kilsəni vurdular. Rusiya Prezidenti çıxıb dedi ki, çox çətinliklərlə üz-üzəyik, milliyyətçilər var, bir kilsə başqa kilsənin azadlığına əl uzadır”.
“Azadsəs.az” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski mətbuata açıqlamasında deyib.
“Gedib kilsənin yanına bomba atdılar Xarkovda. Bir rus bombası Moskva Patriarxlığının tabeliyindəki bir kilsəni vurdu. Orada abidəni belə bombalayırlar. Beş nəfər, böyük bir ailə öldü orada. Biz hərbi infrastrukturu hədəf alırıq dedilər, buna nə cavab verə bilərsiniz ki?
Hava məkanı qapadılsın deyə çağırış etdim. Baydenə dedim, Şoltsa, Makrona dedim. Çox xatırlamıram, hər gün 20-23 görüş keçirirəm beynəlxalq liderlərlə. “Əgər indi hava məkanını bağlaya bilmirsinizsə, nə vaxt qapada biləcəyinizi deyin” deyirəm. Daha neçə insan öləcək? Neçə insan əzalarını itirəndə anlayacaqsınız? Biz də o say düzələnə qədər gözləyək! İndi yenə hava məkanının bağlanmasını istəyirəm. Bunu edəcək gücünüz yoxdursa, mənə təyyarələr verin. Bu, ədalətli deyilmi?
Dünya Ukraynaya kömək etmək üçün çox gecikdi. Məni bağışlayın, öz xalqları da dedi. Dünyadakı hər meydanda insanlar bizə dəstək verdi. Çünki onlar insandırlar. Bir çoxu Ukraynanı sevir. Bu liderlər bu günün dünyasında bir insan övladının heyvan kimi davranmasını gözləmirdi”, - o qeyd edib.