Kamran Əliyevə yeni vəzifə verilib
- 16-10-2020, 11:43
- Cəmiyyət
DİN Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Kamran Əliyevə yeni vəzifə verilib.
''Azad Səs'' "Report"-a istinadən xəbər verir ki, o, BDYPİ-nin rəis müavini vəzifəsinə təyin olunub.
K.Əliyev eyni zamanda BDYPİ-nin Qeydiyyat-İmtahan İdarəsinin rəisi vəzifəsini də icra edəcək.
Qeyd edək ki, Qeydiyyat İmtahan İdarəsinin əvvəlki rəisi, polkovnik İlham Rəcəbov idi. O, bu ilin iyul ayında koronavirusdan vəfat edib