FHN-in xidmət rəisi Füzuli Əsədov Belarusa səfər edib - Foto
Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi daxili xidmət general-mayoru Füzuli Əsədov Belarusda Xilasedicilər Günü münasibətilə keçirilən tədbirlərdə iştirak etmək üçün həmin ölkəyə səfər edib.
“Azadsəs.az” xəbər verir ki, səfər zamanı yanvarın 21-də F.Əsədov Belarusun fövqəladə hallar naziri Vadim Sinyavski ilə görüşüb.
Görüşdə nazir V.Sinyavski fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində hər iki nazirliyin aidiyyəti qurumları arasında əməkdaşlığın hazırki səviyyəsindən məmnunluq ifadə edib və bu istiqamətdə fəaliyyətin davam etdirilməsinin əhəmiyyətini qeyd edib.
Xidmət rəisi Füzuli Əsədov, öz növbəsində, Belarus xilasedicilərini peşə bayramları münasibətilə təbrik edərək Xilasedicilər Günü münasibətilə keçirilən tədbirlərdə iştirak üçün dəvətə görə təşəkkürünü bildirib.