azadses.az » Manset » Ombudsman əməkdaşları Fuad Qəhrəmanlı və Məmməd İbrahim ilə görüşdü

Ombudsman əməkdaşları Fuad Qəhrəmanlı və Məmməd İbrahim ilə görüşdü

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın tapşırığı ilə Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına və İxtisaslaşmış Müalicə Müəssisəsinə Milli Preventiv Qrupun üzvləri tərəfindən əvvəlcədən xəbərdarlıq etmədən başçəkmələr həyata keçirilib.
“Qafqazinfo”ya daxil olan məlumata görə, başçəkmələr BMT-nin İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiyasının Fakültativ Protokolu və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında Konstitusiya Qanununun tələbləri əsasında təşkil olunmaqla, saxlanılma şəraiti, rəftar məsələləri, qidalanma, tibbi yardım və digər hüquqların təmin olunması vəziyyətinin yerində araşdırılması məqsədini daşıyıb.
Bakı İstintaq Təcridxanasına başçəkmə çərçivəsində müəssisədə saxlanılan bir çox təqsirləndirilən şəxs, o cümlədən Fuad Qəhrəmanlı, Məmməd İbrahim, Asif Yusifli, Bəxtiyar İmanov, Ayaz Məhərrəmov, Telman Seyfullayev, Seymur Əhmədov, İsmayıl Həsənov, Fərid Abadov, Ceyhun Novruzov, Məhəbbət Nağıyev konfidensial qaydada qəbul olunub və onların müraciətləri dinlənilib.
İxtisaslaşmış Müalicə Müəssisəsinə başçəkmə çərçivəsində isə burada saxlanılan Mehdi İbrahimov, Nicad İbrahim, Nicat Əlizadə, Məhəmməd İmanlı və Vüqar Vəliyev də konfidensial qaydada qəbul olunub, müraciətləri dinlənilib.
Qəbullar zamanı adıçəkilən təqsirləndirilən şəxslər müəssisədə onlarla rəftardan və saxlanma şəraitindən şikayət etməyiblər. Barələrində aparılan istintaqla bağlı qaldırdıqları məsələlər üzrə hər birinə hüquqi məsləhətlər verilib.
Qəbul edilmiş şəxslərdən yalnız Mehdi İbrahimov barəsində aparılan istintaqın gedişindən narazılığını əsas göstərərək yemək qəbulundan imtina edəcəyini bildirib, eyni zamanda, səhhətindən şikayətlənib.
Qeyd olunmalıdır ki, tövsiyə əsasında müəssisədə tibbi xidmətin əlçatanlığı təmin edilməklə 24 saat ərzində həkim nəzarəti təşkil olunub, psixoloq konsultasiyaları da aparılır.
Görüş keçirilmiş şəxslərə hüquqları və müvafiq qanunvericiliyin tələbləri izah edilib.
Başçəkmələr zamanı saxlama şəraiti  ilə bağlı bəzi əlavə məsələlər və onların təminatı adı çəkilən müəssisələrin rəhbərliyi qarşısında qaldırılıb. Habelə Ombudsmana ünvanlanmış ərizələr qəbul olunub, bir sıra müraciətlər yerində təmin edilib.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Qaradağda qəza törədən sürücü ağır xəsarət alıb
  2. Binədə yolu keçən qadını avtomobil vurub
  3. Ağstafada sürücü qardaşını vuraraq öldürüb - YENİLƏNİB
  4. Xaçmazda 7 yaşlı uşaq yol qəzasında ağır xəsarət alıb
  5. Şəmkirdə bıçaqlanma zamanı ölən və xəsarət alanların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİB
  6. Samuxda avtomobil ağaca çırpılıb, 3 nəfər xəsarət alıb
  7. Qəzada ölən vəzifəli şəxsin ailəsi 1 milyon manata yaxın təzminat tələb edir
  8. Günəşdə ən yüksək dərəcəli partlayış baş verdi
  9. Salyanda elektrik enerjisinin verilişi bərpa olunub - YENİLƏNİB
  10. Pirallahıda 44 yaşlı kişini avtomobil vurub
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün PMS üzrə imtahanın I mərhələsi keçiriləcək
Bu gün PMS üzrə imtahanın I mərhələsi keçiriləcək
Dövlət İmtahan Mərkəzi (DİM) bu gün peşəkar mühasib sertifikatı (PMS) üzrə imtahanın I mərhələsini (mühasibat uçotu üzrə) Ətraflı
Meksikanın Milli Politexnik İnstitutunun tələbələrinə COP29 haqqında mühazirə keçirilib
Meksikanın Milli Politexnik İnstitutunun tələbələrinə COP29 haqqında mühazirə keçirilib
Azərbaycan səfiri Meksikanın ən nüfuzlu ali təhsil müəssisələrindən olan Milli Politexnik İnstitutunun Ali Kommersiya və Ətraflı
Bütün xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Şou biznes
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?