“Xankəndidə ev alaq, almayaq” demək... - Siyavuş Novruzov
- 22-12-2020, 11:38
- Manset
Media işçilərinə təşəkkür edirəm ki, müharibə vaxtı çox aktiv çalışdılar: həm cəbhə bölgəsində əsgərlərimizin yanında oldular, həm də xaricdə olan düşmənlərə qarşı informasiya müharibəsində öndə getdilər.
''Azad Səs'' Publika.az-a istinadən xəbər verir ki, bunu parlamentdə çıxışı zamanı komitə sədri Siyavuş Novruzov deyib.
Deputat Xankəndidə evlərin satışa çıxarılmasına da münasibət bildirib: “Gələcəkdə Azərbaycanda yaşayan ermənilər daşınan əmlak alıb-satmaq hüququna malikdirlər. “Xankəndidə ev alaq, almayaq” demək düşmən dəyirmanına su tökməkdir. Bu, dolayısı yolla düşmən əlinə əsas verir ki, gələcəkdə hansısa planı həyata keçirsin”.
Siyavuş Novruzov Azərbaycana qarşı əks mövqedə dayanan insanlara da toxunub: “Azərbaycan Ordusu şanlı qələbə əldə edib. Bu gün ermənilər tərəfindən maliyyələşənlər bunu həzm edə bilmir. Bu baxımdan da onlar sakit dayanmırlar. Məkrli niyyətlərini ortaya qoyurlar. Amma onlar məkrlərini həyata keçirə bilməyəcəklər”.