Azərbaycan və on ölkə nasistlərin və onların tərəfdarlarının qəhrəmanlaşdırılmasına qarşı çıxdı
On bir ölkənin ATƏT yanında Daimi Nümayəndəlikləri II Dünya Müharibəsi ilə əlaqədar tarixi həqiqəti müdafiə etmək və qorumaqla bağlı çağırış ediblər.
“Report”xəbər verir ki, bu barədə Daimi Nümayəndələrin Böyük Vətən müharibəsində Qələbənin 76 illiyi münasibəti ilə qəbul etdiyi birgə bəyanatda deyilir.
Bəyanat Azərbaycan, Ermənistan, Belarus, Bosniya və Herseqovina, Qazaxıstan, Qırğızıstan, Rusiya, Serbiya, Tacikistan, Türkmənistan və Özbəkistan nümayəndələri tərəfindən qəbul edilib.
“Müqəddəs borcumuz, xalqlarımızın yaddaşında və arxiv sənədlərində saxlanılan həmin hadisələr haqqında tarixi həqiqəti qorumaq və qətiyyətlə müdafiə etməkdir. II Dünya Müharibəsi tarixinin, onun səbəblərini və nəticələrini saxtalaşdırmaq, nasizmə qarşı mübarizə aparanların və qurbanlarının xatirəsini təhqir etmək müasir beynəlxalq münasibətlərin təməllərinin manipulyasiyasına və pozulmasına kömək edir.
Bu baxımdan nasist hərəkatının istənilən formada, xüsusəndə "SS" zabitlərinin və onların tərəfdarlarının qəhrəmanlaşdırılması, faşist keçmişini tərifləmək üçün abidələrin ucaldılması və kütləvi nümayişlərin keçirilməsi, nasist hərəkatı və neo-Nasizmin təbliğ edilməsi, anti-Hitler koalisiyasına qarşı mübarizə aparan, nasist hərəkatı ilə əməkdaşlıq edən, müharibə cinayətləri və insanlığa qarşı cinayətlər törətmiş, habelə qəhrəmanlaşdırılması üçün küçələrə onların adlarının verilməsi qəbuledilməzdir”.