Sülhməramlılar Kəlbəcərə 185 ton yükün çatdırılmasını təmin edib
- 16-02-2021, 11:16
- Siyasət
Rusiya sülhməramlıları Azərbaycanın işğaldan azad olunmuş əraziləri arasında humanitar yüklərin tranzitini təmin etməyə davam edir.
''Azad Səs'' Unikal.org-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, sosial obyekt və yaşayış evlərinin enerji və su təminatı sistemlərini bərpa etmək üçün Humanitar Yardım Mərkəzinin 25 "KamAZ" markalı hərbi avtomobil və onları müşayiət edən maşınlardan ibarət kolonna Kəlbəcər rayonuna 185 ton civarında yük çatdırıb. Yük generator stansiyaları, elektrik avadanlığı, dəmir-beton konstruksiyası və tikinti materiallarından ibarət olub.
Yükün çatdırılması Azərbaycan, Rusiya və Ermənistan arasında ötən il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanata əsasən gerçəkləşdirilib.