Главная > Mədəniyyət > “Bu problemi dediyim sözə qulp qoymadan müzakirə etməliyik” - Nazir
“Bu problemi dediyim sözə qulp qoymadan müzakirə etməliyik” - Nazir24-12-2021, 10:42. Разместил: admin |
“Ali təhsil nə qədər çox adamı əhatə etsə, bunda ziyan yoxdur. Çünki həmin adam ali təhsil almasa da, əlavə dəyər yaratma imkanı aşağıdır. Ali təhsil heç olmasa ona gələcəyə dair müəyyən imkanlar yaradır”. “Azadsəs.az” xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev İTV-yə müsahibəsində deyib. “İkinci məsələ keyfiyyətdir. Burada ən çox nəyi müzakirə etməliyik? Azərbaycanda ali məktəbə qəbul olunan insanların 95-96 faizi ali təhsil müəssisəsini vaxtında bitirir. Dünyanın inkişaf etmiş ölkələrinə baxsanız, bu göstərici 60 faiz, bəzilərində hətta daha aşağıdır, 30-40 faiz olan ölkələr də var. Bu fikir də birmənalı qarşılanmaya bilər. Bizim keyfiyyətə nəzarətlə bağlı atdığımız hər addım əlavə əziyyət, əlavə narahatlıq, əlavə ədalətsizlik təəssüratı yaradır. Söhbət Təhsil Nazirliyindən getmir”, - o qeyd edib. “Bunun ən bariz nümunəsini müəllimlərin işə qəbul imtahanlarında görürəm. Yəni müəllimlərin işə qəbul imtahanlarında bir çox hallarda görürük ki, aşağı bal toplayan müəllimlər var. Say etibarilə bizim problemimiz yoxdur, 10 min müəllim hazırlayırıq, ildə yeddi min müəllim işə götürürük. Niyə belə edirik? Çünki rəqabət istəyirik. Problem keyfiyyətdədir. Bizdə ali məktəbi 95 faiz yox, 70 faiz tələbə bitirsə, ciddi narazılıqla üz-üzə qalacağıq ki, Təhsil Nazirliyi ədalətsizlik edir, yaxud da “Təhsil naziri dedi ki, heç kim vaxtında bitirməsin”. Ali təhsil müəssisəsində keyfiyyətə təminat sistemi buradan başlayır. Loru dildə desək, ali məktəbə qəbul olmaq onu qurtarmaqdan çətindir. Bu, problemdir, cəmiyyət olaraq müzakirə olunmalı məsələdir. Bu problemi mənim dediyim sözə qulp qoymadan müzakirə etmək lazımdır. Mütəxəssis rəyim ondan ibarətdir ki, universitetə girmək daha da asanlaşdırılmalıdır. Belə olan halda repetitorluq problemi də həllini tapmış olacaq. Anladığım odur ki, insan ali təhsil almaq istəyirsə ona bu imkan yaradılmalıdır. Bacarıqlı insandırsa, onun təhsil haqqı dövlət sifarişi dövlət təqaüdü ilə ödənilməlidir. İmkanı yoxdursa, həssas təbəqədəndirsə, dövlət ona bəlli güzəştlər tanımalıdır. Amma ali təhsili almaq və davam etdirmək istəyirsə, tələbə kreditləri almaq imkanı olmalıdır. Təbii ki, kimsə məcbur oturtmalı deyil. Oxuduğu müddət ərzində təhsilin keyfiyyət təminat sistemləri işləməlidir. Misal olaraq, akkreditasiyadan keçmirsə, proqram bağlanmalıdır. Əgər ali təhsili olan şəxs sonradan işsiz qalacaqsa, cəmiyyət bunu qınayacaqlarsa, onda heç vaxt akreditasiya edə bilməyəcəyik. Təhsilimin böyük hissəsini Azərbaycanda almışam, amma oxuduğum hər iki magistr təhsilini ölkədən kənarda oxuduğum dövrdə heç birində daxil olanların hamısı vaxtında bitirə bilməyib. Bu da normal qarşılanıb, çünki imtahanı vaxtında verə bilməyib. Onlara qarşı heç bir ədalətsizlik olmayıb. Biz ali təhsil müəssisələrini nə qədər sıxacağıqsa, rəqabət daha da artacaq”. Вернуться назад |