azadses.az » Mədəniyyət » “Bu problemi dediyim sözə qulp qoymadan müzakirə etməliyik” - Nazir

“Bu problemi dediyim sözə qulp qoymadan müzakirə etməliyik” - Nazir

“Ali təhsil nə qədər çox adamı əhatə etsə, bunda ziyan yoxdur. Çünki həmin adam ali təhsil almasa da, əlavə dəyər yaratma imkanı aşağıdır. Ali təhsil heç olmasa ona gələcəyə dair müəyyən imkanlar yaradır”.

“Azadsəs.az” xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev İTV-yə müsahibəsində deyib.
“İkinci məsələ keyfiyyətdir. Burada ən çox nəyi müzakirə etməliyik? Azərbaycanda ali məktəbə qəbul olunan insanların 95-96 faizi ali təhsil müəssisəsini vaxtında bitirir. Dünyanın inkişaf etmiş ölkələrinə baxsanız, bu göstərici 60 faiz, bəzilərində hətta daha aşağıdır, 30-40 faiz olan ölkələr də var.

Bu fikir də birmənalı qarşılanmaya bilər. Bizim keyfiyyətə nəzarətlə bağlı atdığımız hər addım əlavə əziyyət, əlavə narahatlıq, əlavə ədalətsizlik təəssüratı yaradır. Söhbət Təhsil Nazirliyindən getmir”, - o qeyd edib.

“Bunun ən bariz nümunəsini müəllimlərin işə qəbul imtahanlarında görürəm. Yəni müəllimlərin işə qəbul imtahanlarında bir çox hallarda görürük ki, aşağı bal toplayan müəllimlər var.

Say etibarilə bizim problemimiz yoxdur, 10 min müəllim hazırlayırıq, ildə yeddi min müəllim işə götürürük. Niyə belə edirik? Çünki rəqabət istəyirik.

Problem keyfiyyətdədir. Bizdə ali məktəbi 95 faiz yox, 70 faiz tələbə bitirsə, ciddi narazılıqla üz-üzə qalacağıq ki, Təhsil Nazirliyi ədalətsizlik edir, yaxud da “Təhsil naziri dedi ki, heç kim vaxtında bitirməsin”.

Ali təhsil müəssisəsində keyfiyyətə təminat sistemi buradan başlayır. Loru dildə desək, ali məktəbə qəbul olmaq onu qurtarmaqdan çətindir. Bu, problemdir, cəmiyyət olaraq müzakirə olunmalı məsələdir. Bu problemi mənim dediyim sözə qulp qoymadan müzakirə etmək lazımdır.

Mütəxəssis rəyim ondan ibarətdir ki, universitetə girmək daha da asanlaşdırılmalıdır. Belə olan halda repetitorluq problemi də həllini tapmış olacaq.

Anladığım odur ki, insan ali təhsil almaq istəyirsə ona bu imkan yaradılmalıdır. Bacarıqlı insandırsa, onun təhsil haqqı dövlət sifarişi dövlət təqaüdü ilə ödənilməlidir. İmkanı yoxdursa, həssas təbəqədəndirsə, dövlət ona bəlli güzəştlər tanımalıdır. Amma ali təhsili almaq və davam etdirmək istəyirsə, tələbə kreditləri almaq imkanı olmalıdır.

Təbii ki, kimsə məcbur oturtmalı deyil. Oxuduğu müddət ərzində təhsilin keyfiyyət təminat sistemləri işləməlidir. Misal olaraq, akkreditasiyadan keçmirsə, proqram bağlanmalıdır. Əgər ali təhsili olan şəxs sonradan işsiz qalacaqsa, cəmiyyət bunu qınayacaqlarsa, onda heç vaxt akreditasiya edə bilməyəcəyik.

Təhsilimin böyük hissəsini Azərbaycanda almışam, amma oxuduğum hər iki magistr təhsilini ölkədən kənarda oxuduğum dövrdə heç birində daxil olanların hamısı vaxtında bitirə bilməyib. Bu da normal qarşılanıb, çünki imtahanı vaxtında verə bilməyib.

Onlara qarşı heç bir ədalətsizlik olmayıb. Biz ali təhsil müəssisələrini nə qədər sıxacağıqsa, rəqabət daha da artacaq”.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. 65 yaşlı kişini ilan sancdı
  2. Sumqayıtda mənzildə kişi meyiti tapılıb
  3. Bakıda iki avtomobil toqquşub, xəsarət alan var
  4. Bakıda 20 yaşlı qadın öldürülüb, qardaşı saxlanılıb - YENİLƏNİB
  5. Qaraçuxurda motosikletçi yol qəzasında xəsarət alan var
  6. Tərtərdə avtomobil beton maneəyə çırpılıb, gənc qız ağır yaralanıb
  7. Səbail rayonunda avtomobillərin toqquşması zamanı ahıl qadın xəsarət alıb
  8. Bakıda yol qəzası olub, xəsarət alan var
  9. Talış Dağlıq zonasında güclü zəlzələ olub
  10. Samuxda narkotik yetişdirməkdə şübhəli bilinən şəxs saxlanılıb
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün 1 373 namizəd rezidenturaya imtahan verəcək
Bu gün 1 373 namizəd rezidenturaya imtahan verəcək
Bu gün Dövlət İmtahan Mərkəzi rezidenturaya qəbul imtahanının birinci mərhələsi (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi Ətraflı
İngilis dili müəllimləri sertifikasiya imtahanı verəcəklər
İngilis dili müəllimləri sertifikasiya imtahanı verəcəklər
İyunun 22-də ingilis dili müəllimləri sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsində iştirak edəcəklər. Bu barədə Ətraflı
Bütün xəbərlər
«    İyul 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Şou biznes
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur reper saxta pornonun qurbanı oldu
Məşhur reper saxta pornonun qurbanı oldu
Cennifer Lopeslə Ben Afflekin münasibətlərinin pozulmasının səbəbi məlum oldu
Cennifer Lopeslə Ben Afflekin münasibətlərinin pozulmasının səbəbi məlum oldu
Peris Hiltondan övladlarının tərbiyəsi ilə bağlı gözlənilməz açıqlama: "Qoymayacağam!"
Peris Hiltondan övladlarının tərbiyəsi ilə bağlı gözlənilməz açıqlama: "Qoymayacağam!"
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
“Forsaj11”in premyerası təxirə salındı
“Forsaj11”in premyerası təxirə salındı