Ən dəbli məşhurlar onlardır - SİYAHI
- 16-03-2024, 16:17
- Mədəniyyət
Moda redaktorları 2024-cü il mükafatlandırma mövsümünün ən dəbli ulduzlarının reytinqini tərtib edib.
Siyahıda birinci “Poor Things” filmində baş qəhrəmanı canlandırdığı üçün “Ən yaxşı qadın rolu” nominasiyasında “Oskar” mükafatı qazanan aktrisa Emma Stoun olub. Siyahının müəllifləri onun paltarlarının kəsimi və müxtəlif parça fakturaları ilə apardığı eksperimentləri qeyd ediblər. Eyni zamanda, “Barbie” filminin ulduzu Marqo Robbi “Köhnə Hollivud” üslubunda geyimlərinə görə təriflənib.
Bundan başqa, müğənni Davayn Coy Rendolf, Florens Pyu və Amerika Ferrera, həmçinin Lili Qledstoun, Sandra Hyuller və Qreta Li də reytinqə daxil ediliblər. Televiziya ulduzları Emili Blant və Keri Mulliqan da öz növbəsində ziyafət paltarlarını sevdiklərinə görə stilistlər tərəfindən ən dəbdəbəli seçiliblər.
Mənbə: New York Post