“Bu, məktəbin idarə olunmasında xüsusi əhəmiyyət kəsb edir”
- 18-02-2022, 18:27
- Mədəniyyət / Manset
Təhsil Nazirliyi yanında İctimai Şuranın və "T-Network" təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı ilə “Təhsilə ictimai baxış” adlı silsilə müzakirələr çərçivəsində növbəti müzakirə təşkil olunub.
“Azadsəs.az" xəbər verir ki, “Məktəb-valideyn tərəfdaşlığı: reallıqlar və yeni yanaşmalar” mövzusuna həsr olunan müzakirədə çıxış edən Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova bildirib ki, müzakirənin əsas məqsədi məktəb-valideyn tərəfdaşlığı ilə bağlı mövcud vəziyyəti öyrənmək, bu tərəfdaşlığın səmərəli qurulması və inkişaf etdirilməsi istiqamətində maraqlı tərəflərin fikirləri ilə tanış olmaq, beləliklə, məktəb-valideyn tərəfdaşlığı modelinin yeni formalarını hazırlamaqdır.
Müzakirədə çıxış edən təhsil naziri Emin Əmrullayev təşkilatçılara təşəkkürünü bildirib və təhsildə ictimai məsuliyyətin bölüşdürülməsinin vacibliyini vurğulayıb. Təhsil naziri bildirib ki, problemlərin müəyyən edilməsi ilə yanaşı onların həll yollarının müzakirəsi də önəmlidir.
Nazir qeyd edib ki, Azərbaycanın təhsil siyasətinin mərkəzində uşaqlar dayanır və şagirdlərə yönəlik siyasətin həyata keçirilməsi daha vacibdir. Təhsil naziri bildirib ki, valideynlərin məktəbin idarə olunmasında iştirakçılığının təmin edilməsi xüsusi əhəmiyyət kəsb edir. Çıxışında məktəb nüfuzunun yeni modelinin yaradılmasının, ümumi təhsil müəssisələrində ictimai nəzarət mexanizminin vacibliyini qeyd edən təhsil naziri maarifləndirmənin də düzgün aparılmasının önəmini ifadə edib.
Müzakirələr zamanı Təhsil Nazirliyi yanında İctimai Şuranın sədr müavini Gülməmməd Məmmədov Şura və “T-Network” tərəfindən 13 580 valideyn arasında aparılan sorğunun nəticələrini təqdim edib.
Çıxış edən digər qonaqlar mövzu ilə bağlı onları narahat edən məqamları və bu istiqamətdə təkliflərini çatdırıblar.