Elvis Preslinin gitarası rekord qiymətə satıldı
- 31-03-2021, 16:00
- Mədəniyyət / Manset
![](/uploads/posts/2021-03/medium/1617166688_elvis-presley.jpg)
Bu barədə “Hürriyet” məlumat yayıb.
Bob Dilan, Elizabet Teylor kimi məşhur simaların da əşyalarının satıldığı hərracda Preslinin gitarasına 500 min dollar ödənilib. Gitaranı alan şəxsin adı açıqlanmayıb.
1968-ci il istehsalı parlaq qırmızı rəngi ilə diqqət çəkən gitaranın fotosu Preslinin 1969-cu ildə işıq üzü görən “From Elvis in Memphis” adlı məşhur albomunun üz qabığında da yer alıb.
![](/uploads/posts/2021-03/medium/1617166772_392_foto2_product_groot.jpg)