Fransanın “Servier” dərman şirkətinin istehsal etdiyi və yan təsirlərinə görə təxminən iki min nəfərin ölümünə səbəb olan “Mediator” adlı arıqlama dərmanı ilə bağlı məhkəmə işi yekunlaşıb. Belə ki, məhkəmə şirkəti günahkar hesab edib. Bu barədə “Hürriyet” məlumat yayıb. Məhkəmənin qərarı ilə şirkətə rekord məbləğdə - 2.7 milyon avro cərimə tətbiq edilib.