Главная > Manset > İmtahanlarda koronavirusa yoluxma qeydə alınıb? - AÇIQLAMA
İmtahanlarda koronavirusa yoluxma qeydə alınıb? - AÇIQLAMA8-09-2020, 14:44. Разместил: azadses |
İyunun 1-dən etibarən Dövlət İmtahan Mərkəzi 13 növ müxtəlif tədbirlər, imtahanlar keçirib. Bunu onlayn mətbuat konfransında Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. O bildirib ki, bu tədbirlər zamanı 288 min 637 nəfərə biliyin qiymətləndirilməsi üzrə xidmət göstərilib: “Bu proseslər zamanı bütün karantin qaydalarına əməl olunub və heç bir yoluxma halı baş verməyib. Bütün bu xidmətlər DİM-in 150 nəfərə yaxın əməkdaşı tərəfindən həyata keçirilib. Bu yaxınlarda keçiriləcək növbəti imtahanlarla DİM 400 minə yaxın insana biliyin qiymətləndirilməsi üzrə xidmət göstərmiş olacaq”.Oxu.az Вернуться назад |