Главная > Manset / Dünya > Çin XİN Si Cinpin və Bayden görüşünü müsbət qiymətləndirib

Çin XİN Si Cinpin və Bayden görüşünü müsbət qiymətləndirib


17-11-2024, 14:56. Разместил: azadses
Çin Xalq Respublikasının Sədri Si Cinpin və ABŞ prezidenti Cozef Bayden arasında aparılan danışıqlar Pekin və Vaşinqton arasında münasibətlərin inkişaf istiqamətini müəyyən edib.

“Report” xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Tərəflər Amerika hökumətinin keçid dövründə dialoqun və əməkdaşlığın inkişafı, fikir ayrılıqlarının müvafiq həlli mövzusu, habelə qarşılıqlı maraq doğuran beynəlxalq və regional məsələlər üzrə səmimi, dərin və konstruktiv ünsiyyətdə olublar. Tərəflər Çin-Amerika münasibətlərinin inkişaf istiqamətlərini müəyyən ediblər”, - bəyanatda deyilir.

Qeyd edək ki, Çin Xalq Respublikasının Sədri Si Cinpin və ABŞ prezidenti Cozef Bayden arasında Limada keçirilən görüş iki saatdan az davam edib.


Вернуться назад