Главная > Manset / İdman > Azərbaycan millisinin sabiq futbolçusu daha on gün xəstəxanada qalacaq
Azərbaycan millisinin sabiq futbolçusu daha on gün xəstəxanada qalacaq21-02-2024, 19:45. Разместил: azadses |
Azərbaycan millisinin sabiq futbolçusu Vadim Vasilyev daha 10 gün xəstəxanada qalacaq. Bu barədə "Report"a AFFA-nın mətbuat xidmətinin rəhbəri Elnur Məmmədli məlumat verib. Onun sözlərinə görə, insult keçirən 51 yaşlı keçmiş hücumçu bu müddət ərzində xəstəxanada müalicəsini davam etdirəcək: "Vasilyevin növbəti xərclərini də milli assosiasiya öz üzərinə götürüb". Qeyd edək ki, Vadim Vasilyev 1999-2003-cü illərdə Azərbaycan yığmasında çıxış edib və 33 oyunda 2 qol vurub. Вернуться назад |