Azərbaycan millisinin sabiq futbolçusu daha on gün xəstəxanada qalacaq
Azərbaycan millisinin sabiq futbolçusu Vadim Vasilyev daha 10 gün xəstəxanada qalacaq.
Bu barədə "Report"a AFFA-nın mətbuat xidmətinin rəhbəri Elnur Məmmədli məlumat verib.
Onun sözlərinə görə, insult keçirən 51 yaşlı keçmiş hücumçu bu müddət ərzində xəstəxanada müalicəsini davam etdirəcək: "Vasilyevin növbəti xərclərini də milli assosiasiya öz üzərinə götürüb".
Qeyd edək ki, Vadim Vasilyev 1999-2003-cü illərdə Azərbaycan yığmasında çıxış edib və 33 oyunda 2 qol vurub.