Главная > Manset > Ombudsman əməkdaşları Fuad Qəhrəmanlı və Məmməd İbrahim ilə görüşdü
Ombudsman əməkdaşları Fuad Qəhrəmanlı və Məmməd İbrahim ilə görüşdü14-08-2020, 12:47. Разместил: azadses |
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın tapşırığı ilə Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına və İxtisaslaşmış Müalicə Müəssisəsinə Milli Preventiv Qrupun üzvləri tərəfindən əvvəlcədən xəbərdarlıq etmədən başçəkmələr həyata keçirilib. “Qafqazinfo”ya daxil olan məlumata görə, başçəkmələr BMT-nin İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiyasının Fakültativ Protokolu və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında Konstitusiya Qanununun tələbləri əsasında təşkil olunmaqla, saxlanılma şəraiti, rəftar məsələləri, qidalanma, tibbi yardım və digər hüquqların təmin olunması vəziyyətinin yerində araşdırılması məqsədini daşıyıb. Bakı İstintaq Təcridxanasına başçəkmə çərçivəsində müəssisədə saxlanılan bir çox təqsirləndirilən şəxs, o cümlədən Fuad Qəhrəmanlı, Məmməd İbrahim, Asif Yusifli, Bəxtiyar İmanov, Ayaz Məhərrəmov, Telman Seyfullayev, Seymur Əhmədov, İsmayıl Həsənov, Fərid Abadov, Ceyhun Novruzov, Məhəbbət Nağıyev konfidensial qaydada qəbul olunub və onların müraciətləri dinlənilib. İxtisaslaşmış Müalicə Müəssisəsinə başçəkmə çərçivəsində isə burada saxlanılan Mehdi İbrahimov, Nicad İbrahim, Nicat Əlizadə, Məhəmməd İmanlı və Vüqar Vəliyev də konfidensial qaydada qəbul olunub, müraciətləri dinlənilib. Qəbullar zamanı adıçəkilən təqsirləndirilən şəxslər müəssisədə onlarla rəftardan və saxlanma şəraitindən şikayət etməyiblər. Barələrində aparılan istintaqla bağlı qaldırdıqları məsələlər üzrə hər birinə hüquqi məsləhətlər verilib. Qəbul edilmiş şəxslərdən yalnız Mehdi İbrahimov barəsində aparılan istintaqın gedişindən narazılığını əsas göstərərək yemək qəbulundan imtina edəcəyini bildirib, eyni zamanda, səhhətindən şikayətlənib. Qeyd olunmalıdır ki, tövsiyə əsasında müəssisədə tibbi xidmətin əlçatanlığı təmin edilməklə 24 saat ərzində həkim nəzarəti təşkil olunub, psixoloq konsultasiyaları da aparılır. Görüş keçirilmiş şəxslərə hüquqları və müvafiq qanunvericiliyin tələbləri izah edilib. Başçəkmələr zamanı saxlama şəraiti ilə bağlı bəzi əlavə məsələlər və onların təminatı adı çəkilən müəssisələrin rəhbərliyi qarşısında qaldırılıb. Habelə Ombudsmana ünvanlanmış ərizələr qəbul olunub, bir sıra müraciətlər yerində təmin edilib. Вернуться назад |