Главная > Manset / Cəmiyyət > "Polisin əsas prinsipi vətəndaşın məmnun qalmasıdır" - RƏY
"Polisin əsas prinsipi vətəndaşın məmnun qalmasıdır" - RƏY2-07-2023, 19:29. Разместил: azadses |
"Polisin əsas prinsipi vətəndaşın məmnun qalmasıdır". Bunu "Report"a açıqlamısında Jurnalistika və İnkişaf Mərkəzi İctimai Birliyinin rəhbəri, nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı deyib. Onun sözlərinə görə, çoxları 2 İyulu “polis bayramı” adlandırsa da, əslində, onların heç 30 faiz bu gün bayramı qeyd edə bilmir: "Azərbaycanda 2 iyul Polis günü kimi qeyd olunur. Bu günün özəlliyi o qədər vacib və dəyərlidir ki, tarixə nəzər salmaq kifayət edir. Çoxları 2 İyulu “polis bayramı” adlandırsa da, əslində, onların heç 30 faiz bu gün bayramı qeyd edə bilmir. Çünki iş başındadırlar və xidməti davam etdirirlər". O qeyd edib ki, artıq 10 ildir rəhbəri olduğu Jurnalistika və İnkişaf Mərkəzi İctimai Birliyinin və Avtosfer.az saytının adından xidmətdə fərqlənən yol polisi əməkdaşlarına diplomlar, hədiyyələr verilir: "Bu, sadəcə onları stimullaşdıran addımlardan biridir. Dəfələrlə fikir vermişəm ki, bizim diplomumuza layiq görülən əməkdaşlar sonradan öz üzərlərində daha çox işləyir, daha məsuliyyətli olur və daha çox xidmətdə fəqrlənirlər. Burada əsasən il ərzində xidmət zamanı insanlara kömək edən, daha çox nümunəvi davranışlarla ictimai dəstək qazanan, müxtəlif idman yarışlarında yaxşı nəticələr göstərən əməkdaşlar seçilib". E.Muradlı ki, indiyədək keçirilən tədbirlərdə 500-ə yaxın yol polisi əməkdaşına diplom və hədiyyələr verilib: "Polis peşəsi ən şərəfli vəzifələrdən biridir. Xalqın asayişinin keşiyində durmaq və xidmət etmək polisin fəaliyyəti olmaqla yanaşı, həm də qürur mənbəyidir. Polisin fəaliyyətinə bəzən neqativ yanaşmalar var. Amma belə hallara qarşı mübarizə elə polisin göstərdiyi nümunəvi xidmətdir". O deyib ki, ağır sınaqlardan çıxan Azərbaycan polisinin birinci və ikinci Qarabağ müharibəsində göstərdiyi xidmətlərə də nəzər salmaq lazımdır: "Onlar Vətən qarşısında xidmətlərini bu gün də davam etdirirlər. Ağır döyüşlərdin getdiyi dövrlərdə polisin bütün xidmət sahələri demək olar ki, səfərbər idi və daha çox Yol-Patrul Xidməti, Post-Patrul Xidməti, Çevik Polis Alayı, polisin xüsusi təyinatlıları əziyyət çəkdilər. Sözsüz ki, Daxili İşlər Nazirliyinin bir parçası olan Daxili Qoşunlar ön sıralarda döyüşürdü. Arxa cəbhədə, elə döyüş yerlərində isə polisin digər strukturları ayıq-sayıq idi. Mən Daxili Qoşunların xüsusi təyinatlı əsgəri olmuşam və əminliklə deyirəm ki, qarşıya qoyulan tapşırıqları icra etmək bu qoşun növü üçün ölüm-dirim məsələsidir". O, şəhidlərimizin dəfnində polislərimizin davranışlarına xüsusi diqqət çəkib: "Onlar da göz yaşlarına hakim ola bilmirdi. Onlar da şəhid tabutlarını müşaiyət edə-edə təhlükəsizliyi təmin edirdi. İkinci Fəxri Xiyabanda yol polisləri, PPX və Çevik Polis Alayı gecə-gündüz xidmət aparırdı. Hamı dəfn yerinə az qala maşınla girmək istəyirdi, hamı rahat gedib-gəlməyə çalışırdı. Bəs bu rahatlığı kim qoruyurdu? Nəqliyyatı kim düzgün idarə edirdi? Polislər". E.Muradlı şahidi olduğu bir hadisənin onu təsirləndirdiyindən bəhs edib: "Yaxşı xatırlayıram ki, Badamdar qəsəbəsində Bakı şəhər DYP İdarəsinin yanındakı vertolyot meydançasına şəhidlərimizi və yaralıları gətirən vertolyotlar düşürdü. O saat idarə rəisinin göstərişi ilə əməkdaşlar meydançaya gedib yaralıların, şəhidlərin təcili yardım maşınlarına yerləşdirilməsinə kömək edirdilər. Üst-başları qan içində maşına minib təcili yardım maşınlarının hospitala və digər xəstəxanalara daha tez çatmasına çalışırdılar, yol açırdılar". Yol polislərinin fəaliyyəti danılmaz olduğunu vurğulayan nəqliyyat eksperti onların yağışda, qarda, istidə, soyuqda daim vətəndaşların təhlükəsizliyinin keşiyində dayandığını bildirib: "Bu cür ağır şərait onların simasında da hiss olunur. Polislər arasında qanunvericiliyin tələblərinə ciddi riayət olunması digərləri üçün də bir nümunədir. Son vaxtlar yol polisi ilə sürücülər arasında konfliktlərin sayı kifayət qədər azalıb. Bunun üçün xeyli zaman lazım oldu. Üstəlik, Daxili İşlər Nazirliyinin rəhbərliyi ortaya möhkəm iradə qoydu. Əsas tələb budur ki, vətəndaş məmnunluğu təmin olsun və xidmət zaman peşəkarlıq nümayiş etdirilsin. Bunun nəticəsidir ki, nəqliyyat vasitələrinin sərxoş halda idarə olunması, avtoxuliqanlıq və digər ağır xətalarla mübarizə daha səmərəli üsullarla aparılır. Nəticədə insanların rahatlığı təmin olunur. Vaxt var idi Bakının bəzi ərazilərində, bir neçə rayonda xüsusən gecələr avtoxuliqanların əlindən insanlar evlərində rahat yata bilmirdi. Bu gün bu hallar barmaqla sayıla biləcək qədərdir". Birlik rəhbərinin sözlərinə görə, polisin fəaliyyətinə qiymət vermək üçün gərək onun yanında olasan: "Komputer arxasında oturub polisə ləkə yaxmaq ədalətli deyil və çoxları bu əməlinə görə sonradan peşman olub. Çünki sonunda hər kəsin dar macalda üz tuta biləcəyi ünvan polisdir. Və onlar tənqid edənə də, tərif deyənə də eyni dərəcədə yanaşmaq iradəsini ortaya qoya bilərlər". Вернуться назад |