azadses.az » Manset » "Polisin əsas prinsipi vətəndaşın məmnun qalmasıdır" - RƏY

"Polisin əsas prinsipi vətəndaşın məmnun qalmasıdır" - RƏY

"Polisin əsas prinsipi vətəndaşın məmnun qalmasıdır".

Bunu "Report"a açıqlamısında Jurnalistika və İnkişaf Mərkəzi İctimai Birliyinin rəhbəri, nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı deyib.

Onun sözlərinə görə, çoxları 2 İyulu “polis bayramı” adlandırsa da, əslində, onların heç 30 faiz bu gün bayramı qeyd edə bilmir: "Azərbaycanda 2 iyul Polis günü kimi qeyd olunur. Bu günün özəlliyi o qədər vacib və dəyərlidir ki, tarixə nəzər salmaq kifayət edir. Çoxları 2 İyulu “polis bayramı” adlandırsa da, əslində, onların heç 30 faiz bu gün bayramı qeyd edə bilmir. Çünki iş başındadırlar və xidməti davam etdirirlər".

O qeyd edib ki, artıq 10 ildir rəhbəri olduğu Jurnalistika və İnkişaf Mərkəzi İctimai Birliyinin və Avtosfer.az saytının adından xidmətdə fərqlənən yol polisi əməkdaşlarına diplomlar, hədiyyələr verilir: "Bu, sadəcə onları stimullaşdıran addımlardan biridir. Dəfələrlə fikir vermişəm ki, bizim diplomumuza layiq görülən əməkdaşlar sonradan öz üzərlərində daha çox işləyir, daha məsuliyyətli olur və daha çox xidmətdə fəqrlənirlər. Burada əsasən il ərzində xidmət zamanı insanlara kömək edən, daha çox nümunəvi davranışlarla ictimai dəstək qazanan, müxtəlif idman yarışlarında yaxşı nəticələr göstərən əməkdaşlar seçilib".

E.Muradlı ki, indiyədək keçirilən tədbirlərdə 500-ə yaxın yol polisi əməkdaşına diplom və hədiyyələr verilib: "Polis peşəsi ən şərəfli vəzifələrdən biridir. Xalqın asayişinin keşiyində durmaq və xidmət etmək polisin fəaliyyəti olmaqla yanaşı, həm də qürur mənbəyidir. Polisin fəaliyyətinə bəzən neqativ yanaşmalar var. Amma belə hallara qarşı mübarizə elə polisin göstərdiyi nümunəvi xidmətdir".

O deyib ki, ağır sınaqlardan çıxan Azərbaycan polisinin birinci və ikinci Qarabağ müharibəsində göstərdiyi xidmətlərə də nəzər salmaq lazımdır: "Onlar Vətən qarşısında xidmətlərini bu gün də davam etdirirlər. Ağır döyüşlərdin getdiyi dövrlərdə polisin bütün xidmət sahələri demək olar ki, səfərbər idi və daha çox Yol-Patrul Xidməti, Post-Patrul Xidməti, Çevik Polis Alayı, polisin xüsusi təyinatlıları əziyyət çəkdilər. Sözsüz ki, Daxili İşlər Nazirliyinin bir parçası olan Daxili Qoşunlar ön sıralarda döyüşürdü. Arxa cəbhədə, elə döyüş yerlərində isə polisin digər strukturları ayıq-sayıq idi. Mən Daxili Qoşunların xüsusi təyinatlı əsgəri olmuşam və əminliklə deyirəm ki, qarşıya qoyulan tapşırıqları icra etmək bu qoşun növü üçün ölüm-dirim məsələsidir".

O, şəhidlərimizin dəfnində polislərimizin davranışlarına xüsusi diqqət çəkib: "Onlar da göz yaşlarına hakim ola bilmirdi. Onlar da şəhid tabutlarını müşaiyət edə-edə təhlükəsizliyi təmin edirdi. İkinci Fəxri Xiyabanda yol polisləri, PPX və Çevik Polis Alayı gecə-gündüz xidmət aparırdı. Hamı dəfn yerinə az qala maşınla girmək istəyirdi, hamı rahat gedib-gəlməyə çalışırdı. Bəs bu rahatlığı kim qoruyurdu? Nəqliyyatı kim düzgün idarə edirdi? Polislər".

E.Muradlı şahidi olduğu bir hadisənin onu təsirləndirdiyindən bəhs edib: "Yaxşı xatırlayıram ki, Badamdar qəsəbəsində Bakı şəhər DYP İdarəsinin yanındakı vertolyot meydançasına şəhidlərimizi və yaralıları gətirən vertolyotlar düşürdü. O saat idarə rəisinin göstərişi ilə əməkdaşlar meydançaya gedib yaralıların, şəhidlərin təcili yardım maşınlarına yerləşdirilməsinə kömək edirdilər. Üst-başları qan içində maşına minib təcili yardım maşınlarının hospitala və digər xəstəxanalara daha tez çatmasına çalışırdılar, yol açırdılar".

Yol polislərinin fəaliyyəti danılmaz olduğunu vurğulayan nəqliyyat eksperti onların yağışda, qarda, istidə, soyuqda daim vətəndaşların təhlükəsizliyinin keşiyində dayandığını bildirib: "Bu cür ağır şərait onların simasında da hiss olunur. Polislər arasında qanunvericiliyin tələblərinə ciddi riayət olunması digərləri üçün də bir nümunədir. Son vaxtlar yol polisi ilə sürücülər arasında konfliktlərin sayı kifayət qədər azalıb. Bunun üçün xeyli zaman lazım oldu. Üstəlik, Daxili İşlər Nazirliyinin rəhbərliyi ortaya möhkəm iradə qoydu.

Əsas tələb budur ki, vətəndaş məmnunluğu təmin olsun və xidmət zaman peşəkarlıq nümayiş etdirilsin. Bunun nəticəsidir ki, nəqliyyat vasitələrinin sərxoş halda idarə olunması, avtoxuliqanlıq və digər ağır xətalarla mübarizə daha səmərəli üsullarla aparılır. Nəticədə insanların rahatlığı təmin olunur. Vaxt var idi Bakının bəzi ərazilərində, bir neçə rayonda xüsusən gecələr avtoxuliqanların əlindən insanlar evlərində rahat yata bilmirdi. Bu gün bu hallar barmaqla sayıla biləcək qədərdir".

Birlik rəhbərinin sözlərinə görə, polisin fəaliyyətinə qiymət vermək üçün gərək onun yanında olasan: "Komputer arxasında oturub polisə ləkə yaxmaq ədalətli deyil və çoxları bu əməlinə görə sonradan peşman olub. Çünki sonunda hər kəsin dar macalda üz tuta biləcəyi ünvan polisdir. Və onlar tənqid edənə də, tərif deyənə də eyni dərəcədə yanaşmaq iradəsini ortaya qoya bilərlər".
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Digahda avtomobillə vurulan piyada xəstəxanada ölüb
  2. Hindistandan Almaniyaya uçan təyyarə Heydər Əliyev Aeroportuna təcili eniş edib
  3. Qaradağda qəza törədən sürücü ağır xəsarət alıb
  4. Binədə yolu keçən qadını avtomobil vurub
  5. Ağstafada sürücü qardaşını vuraraq öldürüb - YENİLƏNİB
  6. Xaçmazda 7 yaşlı uşaq yol qəzasında ağır xəsarət alıb
  7. Şəmkirdə bıçaqlanma zamanı ölən və xəsarət alanların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİB
  8. Samuxda avtomobil ağaca çırpılıb, 3 nəfər xəsarət alıb
  9. Qəzada ölən vəzifəli şəxsin ailəsi 1 milyon manata yaxın təzminat tələb edir
  10. Günəşdə ən yüksək dərəcəli partlayış baş verdi
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün PMS üzrə imtahanın I mərhələsi keçiriləcək
Bu gün PMS üzrə imtahanın I mərhələsi keçiriləcək
Dövlət İmtahan Mərkəzi (DİM) bu gün peşəkar mühasib sertifikatı (PMS) üzrə imtahanın I mərhələsini (mühasibat uçotu üzrə) Ətraflı
Meksikanın Milli Politexnik İnstitutunun tələbələrinə COP29 haqqında mühazirə keçirilib
Meksikanın Milli Politexnik İnstitutunun tələbələrinə COP29 haqqında mühazirə keçirilib
Azərbaycan səfiri Meksikanın ən nüfuzlu ali təhsil müəssisələrindən olan Milli Politexnik İnstitutunun Ali Kommersiya və Ətraflı
Bütün xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Şou biznes
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?