Главная > Manset > Parlamentdə uşaqpulu məsələsi qaldırıldı
Parlamentdə uşaqpulu məsələsi qaldırıldı25-12-2020, 10:55. Разместил: azadses |
![]() ''Azad Səs'' xəbər verir ki, bunu parlamentin bu gün keçirilən iclasında Milli Məclisin deputatı Razi Nurullayev deyib. “Hökumət üzvlərimizi hər zaman dinləyirəm. O qədər gözəl danışırlar ki, deyirəm bəlkə Yaponiyada yaşayıram. Aylarla ət üzünə həsrət qalan, palçığa batan adamla yaşayasan ki, gərək onları başa düşəsən. Görünür belə olmasa bunu başa düşə bilməyəcəyik”,- deputat bildirib. Milli Məclisin sədri Sahibə Qafarova deyib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev iclasda iştirak edir: “Hesab edirəm ki, uşaqpulu ilə bağlı sualınıza cavab tapacaqsınız”. Вернуться назад |