Parlamentdə uşaqpulu məsələsi qaldırıldı
- 25-12-2020, 10:55
- Manset
“Bu il keçdi, ancaq növbəti ilin büdcəsində uşaqpulu ilə bağlı müddəa olmalıdır”.
''Azad Səs'' xəbər verir ki, bunu parlamentin bu gün keçirilən iclasında Milli Məclisin deputatı Razi Nurullayev deyib.
“Hökumət üzvlərimizi hər zaman dinləyirəm. O qədər gözəl danışırlar ki, deyirəm bəlkə Yaponiyada yaşayıram. Aylarla ət üzünə həsrət qalan, palçığa batan adamla yaşayasan ki, gərək onları başa düşəsən. Görünür belə olmasa bunu başa düşə bilməyəcəyik”,- deputat bildirib.
Milli Məclisin sədri Sahibə Qafarova deyib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev iclasda iştirak edir: “Hesab edirəm ki, uşaqpulu ilə bağlı sualınıza cavab tapacaqsınız”.