Salyan xəstəxanasına yeni baş həkim təyin olundu
Ramin Qasımov Salyan Mərkəzi Rayon Xəstəxanasına baş həkim təyin olunub.
''Azad Səs'' ''Report''-a istinadən xəbər verir ki, R.Qasımov indiyədək M.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzində həkim-cərrah işləyib.
Qeyd edək ki, bundan əvvəl bu vəzifədə Hüseynağa Hüseynov çalışıb.