Prezident Administrasiyasının rəsmi orqanı: "Əli Həsənov jurnalistlərə deyirdi ki, hər kəsdən pul alın..."
- 26-12-2019, 20:15
- Manset
Məqalənin müəllifi "Respublika" qəzetinin baş redaktorudur
Prezidentin Administrasiyasının rəsmi mətbu orqanı "Respublika" qəzetində Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi vəzifəsindən kənarlaşdırılan Əli Həsənovun fəaliyyəti ilə bağlı redaksiya məqaləsi dərc edilib. Məqalənin müəllifi nəşrin baş redaktoru Teymur Əhmədovdur. O, Əli.Həsənovun idarəetmə metodları, habelə onun qurduğu rəsmi media sistemi ilə bağlı şəxsi müşahidələrini təsvir edir. Müəllif tutduğu vəzifə ilə əlaqədar uzun illər Ə.Həsənovun kurasiyasında olub və buna görə də Azərbaycan mediasının qəbirqazanının əsl simasını və psixoloji portretini ortaya qoyur.
Qeyd edək ki, 2014-cü ildən bəri Əli Həsənov heç bir əsas olmadan yalanlar, intriqalar və təhriklər vasitəsi ilə davamlı olaraq haqqin.az və virtualaz.org saytlarını bağlatmağa çalışırdı. Bütün bu illər ərzində qeyri-bərabər və ədalətsiz mübarizə şəraitində biz Ə.Həsənovun haqsız, lakin açıq düşmən siyasətinə qarşı çıxdıq. Və möcüzəvi şəkildə sağ qalmağı bacardıq.
Rəsmi mətbuatdakı məhvedici məqalə Ə.Həsənovun rəsmi mətbuatın siyasi, mənəvi deqradasiyasına səbəb olan və onun tamamilə çökməsini şərtləndirən zorakı qərarları ilə bağlı sensasion faktlarla doludur."Respublika”nın baş redaktorunun məqaləsindən ən maraqlı çıxarışları öz oxucularının diqqətinə çatdırırıq:
“Heydər Əliyevin bilavasitə tapşırığına görə, baş redaktorlar, AzərTAC-ın direktoru Şamil Şahməmmədov hər həftənin beşinci günü Prezident Administrasiyasının rəhbərinin qəbulunda olurduq. Akademik Ramiz Mehdiyev tövsiyələrini verəndən sonra Əli Əhmədov bir həftə ərzində nəşr olunan qəzetlərin xülasəsini məruzə edərdi. Humanitar sahə üzrə şöbə müdiri Fatma xanım, ictimai-siyasi şöbənin müdiri Əli Həsənov da burada sakitcə əyləşərdilər. Təxminən 5 il ərzində “siyasi xadim” Əli Həsənovdan ağıllı bir təklif eşitmədim. O deyirdi: 1). Redaksiyanı maddi cəhətdən təmin etməkdən ötrü mənbələr axtarın (yəni icra hakimlərindən torpaq alıb satın, alver obyekti tapın və sairə); 2). Qəzetinizdə məqalə çap etdirən hər kəsdən pul alın (mən bunları eşidəndə dəhşətə gəldim. Çünki mən uzun müddət sovet hakimiyyəti dövründə olduğu kimi, redaksiya əməkdaşlarına və ayrı-ayrı vətəndaşların yazdığı məqaləsinə görə qonorar verirdim...