Yaponiya Cənubi Koreya ilə əlaqələrinin əhəmiyyətinin dəyişməz olaraq qaldığını bildirib
Cənubi Koreyadakı daxili siyasi vəziyyətə baxmayaraq, Tokionun Seulla münasibətləri hazırkı strateji şəraitdə son dərəcə vacibdir.
“Report”un məlumatına görə, bunu Yaponiya Nazirlər Kabinetinin baş katibi Yosimasa Hayaşi deyib.
“Biz üçüncü ölkələrin daxili siyasətini şərh etməkdən çəkinirik, lakin Yaponiya hökuməti Koreya Respublikasındakı vəziyyəti diqqətlə izləyir. Tokio və Seul müxtəlif beynəlxalq problemlərin həllində tərəfdaş kimi əməkdaşlıq etməli olan qonşulardır. Hazırkı strateji şəraitdə Yaponiya-Cənubi Koreya münasibətlərinin əhəmiyyəti dəyişməz olaraq qalır”, - deyə o vurğulayıb.