KİV: Gürcüstanda "donuz qripi"ndən bir neçə nəfər ölüb
Gürcüstanda son iki həftə ərzində bir neçə nəfər "donuz qripi"ndən ölüb.
“Report” xəbər verir ki, bu barədə "Rustavi-2" telekanalı məlumat yayıb.
Pasiyentlər H1N1 virusunun fəsadları fonunda yanaşı xəstəliklərdən ölüblər, onların heç biri peyvənd olunmayıb. Telekanal bildirir ki, xəstələr əsasən qızdırma şikayətləri ilə xəstəxanaya müraciət edirlər.
Həkimlər qeyd edirlər ki, "donuz qripi"nin antiviral müalicəsi xəstəliyin ilk 72 saatı ərzində effektivdir, buna görə də xəstələri vaxtında həkimə müraciət etməyə və özünümüalicəyə əl atmamağa çağırırlar.
Həkimlər yanvarın sonunda virusun pik həddə çatacağını gözləyirlər.