Qlobal fəlakətdən sonra Yerdə həyatı canlandıran bitki açıqlandı
Nyu-York Nəbatat Bağı, Vayominq və Kaliforniya Universitetindən olan amerikalı alimlər müəyyən ediblər ki, ayıdöşəyi (qıjı) bitkisi irimiqyaslı fəlakətlərdən sonra - iri meşə yanğınlarından tutmuş meteoritlərin düşməsinə qədər - təbiətin bərpasında həlledici rol oynayır.
Oxu.Az xəbər verir ki, tədqiqat "BioScience" elmi jurnalında dərc olunub.
Bu bitki 360 milyon il əvvəl yer üzündə ən çox yayılmış bitki növüdür.
Alimlərin fikrincə, ayıdöşəyinin təkamül uğuru onun digər növləri sıxışdırmaması, əksinə, onlara müsbət təsiridir, müxtəlif canlılar arasında vasitəçi kimi çıxış etməsi ilə bağlıdır. Bu bitki torpaqları sabitləşdirir, xassələrini yaxşılaşdırır və digər orqanizmlərin birlikdə yaşamasına kömək edir.
Ayıdöşəyinin uzunömürlü olması, hətta planetin ən dağıdıcı fəlakətlərinə baxmayaraq, Yerdəki həyatın təkamülü haqqında təsəvvür yaradır. Xüsusilə, bu bitki 66 milyon il əvvəl dinozavrları məhv edən fəlakətdən sağ çıxmağı bacarıb.
Alimlər qeyd ediblər ki, ayıdöşəyi növündən olan bitkilər Yerin biosferini tamamilə dəyişdirərək yaşayış mühitinin canlanmasına töhfə verib.