Diabet əleyhinə dərman xərçənglə mübarizədə faydalı olub
"Roswell Park Comprehensive Cancer Center"in (ABŞ) tədqiqatçıları aşkar ediblər ki, II tip diabetin müalicəsində geniş istifadə olunan metformin preparatı piylənməsi olan xəstələrdə kiçikhüceyrəli olmayan ağciyər xərçənginə qarşı immunoterapiyanın effektini gücləndirə bilər.
Oxu.Az-ın məlumatına görə, elmi işin nəticələri "Journal of the National Cancer Institute" jurnalında dərc edilib.
Məlum olub ki, metforminin xərçəng əleyhinə təsiri yalnız artıq çəkisi və ya piylənməsi olan xəstələrdə müşahidə olunur ki, bu da onların immun cavabının xüsusiyyətləri ilə bağlıdır. Metformin piylənmənin immun sistemə mənfi təsirini azaltdığı üçün faydalıdır və bu da immun nəzarət nöqtələri inhibitorlarından istifadə edən terapiyanı daha effektiv edir.
Tədqiqat çərçivəsində bədən kütləsi indeksi (BKİ) 25 və daha yuxarı olan 511 xəstənin və BKİ 25-dən aşağı olan 232 xəstənin məlumatları təhlil edilib. Bütün iştirakçılarda kiçikhüceyrəli olmayan ağciyər xərçəngi olub və şişin çıxarılması əməliyyatından keçiblər. Əlavə olaraq, piylənməsi olan 284 xəstədə və piylənməsi olmayan 184 xəstədə immun nəzarət nöqtələri inhibitorları ilə terapiyanın effektivliyi öyrənilib.
Təhlil göstərib ki, BKİ 25 və daha yuxarı olan metformin qəbul edən xəstələrdə əməliyyatdan sonra xəstəliyin residivi olmayan dövrün müddəti əhəmiyyətli dərəcədə artıb. Bundan əlavə, metforminin istifadəsi bu qrupda immunoterapiyanın effektivliyini artırıb, normal çəkisi olan xəstələrdə isə belə effektlər müşahidə olunmayıb.
Heyvan modellərində alınan nəticələr təsdiq edib ki, metformin piylənmənin immunitetə zərərli təsirini kompensasiya edir. Bu, immun sistemə immunoterapevtik preparatlara daha effektiv reaksiyaya imkan verir və onların şiş əleyhinə təsirini gücləndirir.