Sudanda münaqişə tərəfi atəşkəsə hazır olduğunu açıqlayıb
Sudanda davam edən münaqişənin tərəflərindən biri Çevik Reaksiya Qüvvələri atəşi dayandırmağa hazır olduğunu bildirib.
“Report” xəbər verir ki, bu barədə Çevik Reaksiya Qüvvələrinin nümayəndəsi Ömər Həmdan Əhməd Nayrobidə keçirdiyi brifinqdə bildirib.
“Biz Sudandakı münaqişənin əsas səbəblərini həll etmək, müharibəyə son qoymaq və sülhsevər, sabit, demokratik dövlət qurmaq üçün hərtərəfli və əhatəli siyasi danışıqlara getməyə hazırıq”, - deyə o bildirib.
Beynəlxalq Miqrasiya Təşkilatının məlumatına görə, ölkədəki münaqişə nəticəsində 11 milyon insan qaçqın düşüb, daha 3,1 milyon insan Sudanı tərk etmək məcburiyyətində qalıb. Ümumilikdə ölkə əhalisinin təxminən 30%-i daimi yaşayış yerini itirib.