Tramp qalib gələcəyi təqdirdə idxal tariflərini artıracağına söz verib
ABŞ-da Respublikaçılar Partiyasından prezidentliyə namizəd və keçmiş dövlət başçısı Donald Tramp noyabrda keçiriləcək seçkilərdə qalib gələcəyi təqdirdə idxal rüsumlarını əhəmiyyətli dərəcədə artırmaq niyyətindədir.
“Report” xəbər verir ki, o, bu barədə “Bloomberg”ə müsahibəsində bildirib.
Tramp Amerika şirkətlərinin istehsalını ölkəyə qaytarmaq niyyətindədir: “ABŞ-da mallarını istehsal edən şirkətlər üçün vergiləri azaldacağıq. Biz bu şirkətləri ciddi tariflərlə qoruyacağıq, tariflərə inanıram”.
O, əmindir ki, idxal rüsumlarının artırılması minlərlə şirkətin istehsalını ABŞ-a köçürməsinə səbəb olacaq.
Tramp seçki proqramında hər hansı malın idxalına 10 faiz, Çindən idxala isə 60 faiz, ABŞ-dan kənarda istehsal olunan avtomobillərə isə 100 faiz rüsum tətbiq etməyi təklif edib.