Starmer Baydenin iştirak etməməsinə baxmayaraq, Ukrayna ilə bağlı danışıqlar üçün Almaniyaya gedəcək
Böyük Britaniyanın Baş naziri Kir Stamer Ukrayna ilə bağlı danışıqlar üçün Berlinə səfərini hələ də planlaşdırır. Danışıqlara, ABŞ Prezidenti Cozef Baydenin iştirak etməməsinə baxmayaraq, Almaniya Kansleri Olaf Şolts və Fransa Prezidenti Emmanuel Makron qatılacaq.
“Report” xəbər verir ki, bu barədə “Reuters” agentliyi Britaniya hökumət başçısının ofisindən məlumat alıb.
Stamerin nümayəndəsi deyib ki, Baş nazir Baydenin qərarından sonra öz planlarını dəyişməyib.
Ofisdən bildirilib ki, Britaniya hökumətinin başçısı oktyabrın 12-də Berlində həmkarları ilə Ukraynada vəziyyəti və Yaxın Şərqdəki münaqişəni müzakirə edəcək.
Xatırladaq ki, daha əvvəl Baydenin ABŞ-yə yaxınlaşan “Milton” qasırğası səbəbindən oktyabrın 10-15-də Almaniya və Anqolaya planlaşdırılan səfərini təxirə salmaq qərarına gəldiyinə dair məlumat yayılmışdı.