Şimali Koreya uranın zənginləşdirilməsi üçün sentrifuqaların sayını artıracaq
Şimali Koreya lideri Kim Çen In nüvə arsenalını “həndəsi silsilə ilə” artırmaq məqsədilə uranın zənginləşdirilməsi üçün sentrifuqaların sayını artırmağı, həmçinin yeni sentrifuqaların tətbiqini əmr edib.
“Report” xəbər verir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi məlumat yayıb.
Bildirilib ki, Şimali Koreya lideri bu göstərişi nüvə materialları istehsalı müəssisələrinə səfəri zamanı verib.
Onun sözlərinə görə, arsenalın "həndəsi silsilə ilə" artırılması vəzifəsini yerinə yetirmək üçün "dincəlməmək, əksinə sentrifuqaların sayını artırmaq", onların gücünü yüksəltmək, həmçinin "nüvə silahı üçün nüvə materiallarının istehsal bazasını" möhkəmləndirmək məqsədilə "yeni sentrifuqaların tətbiqi üzrə işi irəlilətmək" lazımdır.