ABŞ və Cənubi Koreya şimaldan gələn təhdidlər fonunda birgə təlimlər keçirib
- 22-10-2023, 15:23
- Dünya
Koreya Respublikası və ABŞ Hərbi Dəniz Qüvvələri Quam adasının sularında sualtı qayıqlara qarşı təlimlər keçirib.
"Report"un məlumatına görə, bu barədə "Yonhap" agentliyi Cənubi Koreya hərbçilərinə istinadən məlumat yayıb.
“Silent Shark” adlanan təlim oktyabrın 6-dan 22-dək baş tutub. Təlim KXDR-dən gələn təhdidlər fonunda müttəfiqlərin sualtı qayıqlarla döyüşməyə hazırlığını artırmaq üçün nəzərdə tutulub. Cənubi Koreya manevrlərdə iştirak etmək üçün “Song Won Il” sinifli sualtı qayıq və iki P-3C patrul təyyarəsi göndərib. Təlimlər zamanı hərbçilər şərti hədəfə - sualtı qayığa birgə axtarış, izləmə və hücum məşqi ediblər.
Bundan əvvəl sentyabrın əvvəlində KXDR-də ölkə lideri Kim Çen Inın iştirakı ilə taktiki nüvə silahı ilə təchiz edilmiş “Hero Kim Gun Ok” sualtı qayığının suya buraxılması mərasimi keçirilib. Kim Çen In bildirib ki, mövcud olan bütün ağır sualtı qayıqları modernləşdirməyi və onları nüvə silahı ilə təchiz etməyi planlaşdırır.