DİM bu gün dövlət qulluğu vəzifələri üzrə imtahanlar keçirəcək
- 11-08-2024, 15:30
- Manset / Mədəniyyət
Dövlət İmtahan Mərkəzi tərəfindən 2024-cü il avqustun 11-də inzibati rəhbər vəzifələrə aid AB, AC və inzibati icraçı vəzifələrə aid BA, BB vəzifə qruplarına uyğun vəzifələr üzrə dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanı və dövlət qulluğunda inzibati vəzifələrin B növünə aid BA və BB qruplarına uyğun vəzifələr üzrə dövlət qulluğuna qəbul imtahanı keçiriləcək.
Bu barədə "Report"a DİM-dən məlumat verilib.
İmtahanda iştirak etmək üçün 2214 namizəd qeydiyyatdan keçib. Namizədlər bu linkə daxil olub “İmtahana buraxılış vərəqəsi”ni çap etməlidirlər. Namizədlər imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidirlər.
İmtahan saat 10:00-da başlanır.
İmtahan kağız daşıyıcılar vasitəsilə Bakı və Naxçıvan şəhərlərində 9 binada təşkil olunacaq. İmtahanda iştirak etmək üçün BA qrupu üzrə 393, BB qrupu üzrə 1821 olmaqla, ümumilikdə 2214 namizəd qeydiyyatdan keçib. İmtahanın keçirilməsi üçün 9 ümumi imtahan rəhbəri, 24 imtahan rəhbəri, 191 nəzarətçi və 33 buraxılış rejimi əməkdaşı ayrılıb.
Fəaliyyətin davam etdirilməsi üzrə imtahanda iştirak etmək üçün AB qrupu üzrə 6, AC qrupu üzrə 14, BA qrupu üzrə 36, BB qrupu üzrə isə 155 olmaqla, ümumilikdə 211 namizəd qeydiyyatdan keçib. Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanı (AB, AC və BA qrupları) iştirakçıları bu linkə daxil olub “İmtahana buraxılış vərəqəsi”ni çap etməlidirlər.
Kağız daşıyıcılar vasitəsilə keçiriləcək dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi (BB vəzifə qrupu) imtahanı iştirakçıları isə buraxılış vərəqəsini buradan çap edirlər. Buraxılış vərəqəsində imtahan yeri, binası, imtahana gəlməli olan vaxt və digər zəruri məlumatlar göstərilib. İmtahan saat 10:00-da başlanır və 2 saat 30 dəqiqə davam edir. Saat 09:45-dən sonra gələn namizədlər imtahana buraxılmır.
Namizədlər imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidir.