DİM: 2500-dən çox namizədin peşəkar mühasib sertifikatı imtahanı verməsi gözlənilir
- 14-07-2024, 11:00
- Mədəniyyət
İyulun 14-də Dövlət İmtahan Mərkəzi (DİM) peşəkar mühasib sertifikatı imtahanının I mərhələsini (mühasibat uçotu üzrə) keçirir.
DİM-dən "Report"a bildirilib ki, imtahan vermək üçün 2512 (KOSS -543, MHBS-1010, İSMUBS-959) nəfər müraciət edib.
İmtahan bütün binalarda saat 10:00-da başlanacaq. Saat 09:45-dən sonra gələn namizədlər imtahan binasına buraxılmayacaqlar.
Üç saat davam edəcək imtahanda iştirakçılara 40 test tapşırığı təqdim edilir. Qapalı tipli test tapşırıqlarından 20-si 1 balla, 10-u 2 balla, açıq tipli test tapşırıqlarından 8-i 5 balla, 2-si 10 balla qiymətləndirilir.
Namizədlər imtahana buraxılış vərəqəsini DİM-in saytından çap edə bilərlər. Həmin səhifədə imtahan iştirakçısının “Yaddaş kitabçası” da yerləşdirilib. DİM imtahan iştirakçılarından xahiş edir ki, kitabça ilə mütləq tanış olsunlar.
Namizədlər buraxılış vərəqəsində göstərilən vaxtda imtahan verəcəyi binanın qarşısına gəlməli (imtahan binası, imtahanın tarixi və vaxtı haqqında məlumat imtahana buraxılış vərəqəsində göstərilib), özləri ilə mütləq qara və ya tünd göy rəngdə yazan, mürəkkəb axıtmayan diyircəkli qələm və HB sərtliyində sadə karandaş, kalkulyator və aşağıda qeyd olunan sənədləri gətirməlidirlər:
- şəxsiyyəti təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu);
- imtahana buraxılış vərəqəsi.
İmtahan kağız daşıyıcılar vasitəsilə Bakı və Naxçıvan şəhərlərində, ümumilikdə 10 binada təşkil edilir. İmtahanın keçirilməsi üçün 10 ümumi imtahan rəhbəri, 28 imtahan rəhbəri, 232 nəzarətçi, 31 mühafizə (buraxılış rejimi) əməkdaşı cəlb olunub.