Rekord sayda miqrant bir gündə Fransadan Britaniyaya keçdi
İyunun 18-də ən azı 882 qeyri-qanuni miqrant La-Manş boğazını keçərək Fransadan Böyük Britaniyaya gəlib.
Britaniyanın Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, bu, ilin əvvəlindən bəri gündəlik rekord olub.
Mütləq anti-rekord isə 2022-ci il noyabrın 29-da qeydə alınıb. Həmin gün Britaniya sahillərinə qeyri-qanuni yolla 947 mühacir çatıb.
Krallığın Daxili İşlər Nazirliyinin məlumatına görə, bu dəfə miqrantlar 15 hava qayığından istifadə ediblər, yəni qayıqlardan hər biri orta hesabla 59 nəfər daşıyıb.
Qeyd edək ki, ilin əvvəlindən La-Manş boğazını qanunsuz keçənlərin sayı 12 313 nəfərə çatıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 18% çoxdur.
Mənbə: TASS