Azərbaycan əhalisinin sayı AÇIQLANDI
- 14-12-2022, 18:19
- Cəmiyyət
![](/uploads/posts/2022-12/medium/1671025393_xkaeqhs9wtsggx2twmjfgylsv2yfyx7tece9h.jpg)
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ölkə əhalisinin sayı ilin əvvəlindən 54 452 nəfər və ya 0,5 faiz artaraq noyabrın 1-i qeydə alınan vəziyyətinə - 10 210 818 nəfərə çatıb.
Əhalinin 52,9 faizini şəhər, 47,1 faizini kənd sakinləri təşkil edib, kişi və qadınların xüsusi çəkiləri isə dəyişməyərək eyni olub.