İvanişvili: Gürcüstan 2030-cu ildə Avropa İttifaqına daxil olacaq
Hakim “Gürcü Arzusu” partiyasının təsisçisi və fəxri sədri Bidzina İvanişvili bildirib ki, Gürcüstan 2030-cu ildə Avropa İttifaqına daxil olacaq.
“Report”un yerli bürosu xəbər verir ki, Tbilisidə parlament binası qarşısında keçirilən mitinqdə çıxış edən İvanişvilinin fikrincə, azad, müstəqil, suveren, vahid və Avropa İttifaqına inteqrasiya olunmuş Gürcüstan gürcü arzusudur və bu, mütləq gerçəkləşəcək.
Siyasətçi vəd edib ki, ölkə bütün maneələri dəf edəcək, suverenliyi möhkəmləndirəcək, sülhü qoruyacaq, iqtisadiyyatı inkişaf etdirəcək və 2030-cu ildə Aİ-yə üzv olacaq.
İvanişvili gürcü xalqının özünəməxsus tarixi və adət-ənənələrini xüsusi qeyd edib və vurğulayıb ki, yalnız bu unikal milli ənənələrlə Gürcüstanın Avropa İttifaqına daxil olması məntiqlidir.