Ukrayna Almanya şirkətindən 800-dən çox “Vektor” kəşfiyyat aparatı tələb edib
Ukrayna Almaniyanın pilotsuz uçuş aparatı istehsalçısı “Quantum-Systems GmbH”dən 800-dən çox Vektor kəşfiyyat aparatı tələb edib.
“Report” xəbər verir ki, bu barədə “Der Spiegel” jurnalı məlumat yayıb.
Nəşr vurğulayıb ki, ötən həftə Almaniyanın “Quantum-Systems GmbH” şirkətinin rəhbəri Florian Zaybel Almaniyanın vitse-kansleri Robert Habeklə birlikdə Ukraynada səfərdə olub.
Zaybel bildirib ki, səfər zamanı Kiyev əlavə 812 “Vektor” pilotsuz uçuş aparatına maraq göstərib və Almaniya Müdafiə Nazirliyinin Ukrayna üzrə xüsusi qərargahına ərizə təqdim edib.
Artıq “Quantum-Systems GmbH” Ukraynada dron istehsalı zavodu və inkişaf mərkəzi açıb. Şirkətin yaxın iki il ərzində Ukraynadakı istehsal müəssisələrinə 6 milyon avroya qədər sərmayə qoyacağı planlaşdırılır.