KİV: ABŞ-nin Rusiyadakı səfirliyi zəhərlənmədən qaçınmaq üçün suyun keyfiyyətini yoxlayır
ABŞ-nin Rusiyadakı səfirliyi diplomatik missiyanın ərazisinə daxil olan suyun keyfiyyətindən narahatdır.
“Report” xəbər verir ki, bu barədə “Octagon” nəşri yazıb.
Bildirilib ki, səfirlik “diplomatik missiyanın ərazisinə daxil olan suyun keyfiyyətinin qiymətləndirilməsini sifariş edib”.
“Bu barədə Amerikanın dövlət satınalmaları portalı “fdps.gov”un verilənlərindən məlum olub”, – nəşr aşkarlayıb.
Qeyd olunub ki, 9 000 dollar dəyərində tender bildirişi 8 aprel 2024-cü il tarixlidir. Satınalmalar bazasına əsasən, belə laboratoriya işlərinin Moskvada aparılması ilkdir. Nəşri vurğulayıb ki, su keyfiyyətinin qiymətləndirilməsi sifarişi amerikan mətbuatında “Havana sindromu”nun Rusiya kəşfiyyatı ilə əlaqələndirilməsi fonunda baş verib. Kreml bu ittihamları əsassız adlandırıb.