azadses.az » Manset » Bonapartın qırılmış qılıncı: Un torbası ilə Cənubi Qafqaza girən Paris başını itirib

Bonapartın qırılmış qılıncı: Un torbası ilə Cənubi Qafqaza girən Paris başını itirib

Hazırda Fransa ilə Azərbaycan arasında münasibətlər mənfiyə düşüb. Rəsmi Parisin casus şəbəkəsinin fəaliyyət göstərdiyi diplomatik korpusunun rəhbəri Ann Buayonu geri çağırması heç də isti olmayan münasibətləri daha da soyudub. Hətta Emmanuel Makron səfir ilə vaxt tapıb görüşüb də. Bu “diqqət” və “qayğı” Makronun Cənubi Qafqaza, xüsusən də Azərbaycana qarşı “sevgi”sinin bariz nümunəsidir.

Bu “diqqət” isə illərlə ATƏT-in Minsk qrupunun həmsədr dövləti olmuş Fransanın Azərbaycanın işğal altında olan torpaqlarını azad etməsindən sonra yaranıb. Qısa müddətdə Bakının 30 illik həsrətə son qoyması Fransanın heç xoşuna gəlmədi. Söhbət Ermənistana olan sevgidən getmir, söhbət Azərbaycana təsir rıçaqlarının yox olmasından gedir.

Lakin, misyölar sakit durmaq istəmirdi və özlərinə görə müəyyən addımlar atmağa başladılar. Öncə Senat. Fransa Senatı Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirərək qondarma “Dağlıq Qarabağı” tanımağa çağıran tövsiyə xarakterli qətnaməni müzakirəyə çıxararaq qəbul etdi. Halbuki, Fransa BMT qətnamələrinin əksinə olaraq addım ataraq beynəlxalq hüququ pozdu.

Bölgəyə daxil ola bilməyən Fransa bu dəfə un çuvalına girdi. Belə ki, Paris meri Ann İdalqonun və Strasburq meri Janna Barseqyanın müşayiəti ilə İrəvandan yola çıxan “humanitar yüklə” dolu 10 maşın Laçın sərhədinə gəlir. Ancaq Laçın “post”undan buraxılmayan Fransaya məxsus avtomobillər bundan öncə əraziyə yük daşımaq adı ilə gətirilən “Spayka” avtomobillərinin sırasına qoşulur. Çünki Azərbaycanın razılığı olmadan atılan bu addımın uğursuzluqla nəticələnəcəyi əvvəldən məlum idi.

Fransanın növbəti cəhdi BMT Təhlükəsizlik Şurasında Azərbaycan əleyhinə qətnamə qəbul etdirmək istəyi idi. İlk növbədə, Fransa tərəfindən təqdim olunan sənəddə “Dağlıq Qarabağ” ifadəsi çıxarılıb. Baş verən proseslərin “Azərbaycanın ərazi bütövlüyünü dəstəklənməklə yalnız humanitar məqsədlər nəzərdə tutula bilər” ifadəsinin salınması bu sənədin ümumiyyətlə gündəlikdən çıxarılması ilə nəticələndi.

Azərbaycana qarşı növbəti ikili standart və qərəzlilik AŞPA və Avropa Parlamentindən gəldi. Hər ikisinin altından yenə Fransa çıxdı. Çıxışı ilə qürubu eyni vaxtda oldu. Hər iki qurum tərəfindən qəbul edilən həmin qətnamələrin heç bir hüquqi və mənəvi əsası olmadı.

Aydın idi ki, Azərbaycan Fransanın şər və böhtanlarını, qərəzli addımlarını cavabsız qoymayacaq. Belə ki, Fransa səfirliyinin iki əməkdaşı diplomatik statusa uyğun olmayan fəaliyyətlərinə görə “persona-non-grata” elan olundu və həmin şəxslərə Azərbaycan ərazisini tərk etmək üçün 48 saat vaxt verildi. Agentura şəbəkəsinin ifşası və iki fransız diplomatın arzuolunmaz şəxs elan edilməsi Bakının ilk cavab addımları oldu.

Bonapartın qırılmış qılıncını Elbadan tapıb ortaya düşən Paris bu dəfə mədəniyyət “beşiyi” olduğunu da sübut etdi. Fransanın Evian şəhərində Natəvanın heykəlinə qarşı vandalizm aktı törədildi. Əslində buna səbəb Parisin BMT Təhlükəsizlik Şurasında, Avropa İttifaqında Azərbaycanı cəzalandırmaq cəhdlərinin uğursuz olması idi. Bu hadisədən sonra hakimiyyət orqanları boyanı yumaq və heykəli bərpa etmək əvəzinə onu, sadəcə, bükdülər və heykəl belə bükülmüş vəziyyətdə bir və ya iki ay qaldı.

Belə olan halda Azərbaycan heykəlin oradan təxliyə edilməsinə israr etdi. Və nəhayət heykəl Evian şəhərindən Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzinin qarşısında olan bağçaya təxliyə edildi.

Fransanın xarici siyasəti Avropa dəyərlərinə hörməti və dövlətlərin daxili işinə qarışmamağı özündə ehtiva etməlidir. Parisin qərəzli və Azərbaycana qarşı addımları bir neçə ildir heç bir nəticə vermir. Əksinə, mövcud siyasi vəziyyət Azərbaycanın xeyrinə formalaşır. Rəsmi Bakı güc yolunu heç bir dövlət tərəfindən qəbul etməyib. Çünki, biz 1990-cı illərdə yaşamırıq. Biz müasir silah sisteminə, güclü Orduya və möhkəm iqtisadi potensiala malik dövlətik. Bizlə yalnız mehriban və xahişlə danışmaq mümkündür.

Odur ki, Paris vaxtında Napoleonun at fiquru ilə bağlı etdiyi böyük səhvi 4 əsr sonra təkrarlamasa daha yaxşı olar. Çünki, Cənubi Qafqazın planlarını Bakı təsdiq edir. Bakı isə küləklər şəhəridir. Küləyin qaldırdığı daşın altında qalanlar 44 gün yaşamır.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Digahda avtomobillə vurulan piyada xəstəxanada ölüb
  2. Hindistandan Almaniyaya uçan təyyarə Heydər Əliyev Aeroportuna təcili eniş edib
  3. Qaradağda qəza törədən sürücü ağır xəsarət alıb
  4. Binədə yolu keçən qadını avtomobil vurub
  5. Ağstafada sürücü qardaşını vuraraq öldürüb - YENİLƏNİB
  6. Xaçmazda 7 yaşlı uşaq yol qəzasında ağır xəsarət alıb
  7. Şəmkirdə bıçaqlanma zamanı ölən və xəsarət alanların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİB
  8. Samuxda avtomobil ağaca çırpılıb, 3 nəfər xəsarət alıb
  9. Qəzada ölən vəzifəli şəxsin ailəsi 1 milyon manata yaxın təzminat tələb edir
  10. Günəşdə ən yüksək dərəcəli partlayış baş verdi
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün PMS üzrə imtahanın I mərhələsi keçiriləcək
Bu gün PMS üzrə imtahanın I mərhələsi keçiriləcək
Dövlət İmtahan Mərkəzi (DİM) bu gün peşəkar mühasib sertifikatı (PMS) üzrə imtahanın I mərhələsini (mühasibat uçotu üzrə) Ətraflı
Meksikanın Milli Politexnik İnstitutunun tələbələrinə COP29 haqqında mühazirə keçirilib
Meksikanın Milli Politexnik İnstitutunun tələbələrinə COP29 haqqında mühazirə keçirilib
Azərbaycan səfiri Meksikanın ən nüfuzlu ali təhsil müəssisələrindən olan Milli Politexnik İnstitutunun Ali Kommersiya və Ətraflı
Bütün xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Şou biznes
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?