Baş prokuror: Cinayət-Prosessual Məcəllədə müəyyən dəyişikliklərin edilməsi zərurəti yaranıb
Azərbaycanda Cinayət-Prosessual Məcəllədə müəyyən dəyişikliklərin edilməsi zərurəti yaranıb.
"Report" xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev “Rəqəmsal cinayət prosesi: müasir çağırışlar və hədəflər” mövzusunda keçirilən konfransda deyib.
O, bildirib ki, Bu sahədə şəffaflığın artırılması, çevikliyin təmin edilməsi, peşəkarlığın artırılması vətəndaşları narahat edən bütün məsələlərin təhlil edilməsi, araşdırılması və onlara qarşı qabaqlayıcı tədbirlərin görülməsi ilə bağlı işlər aparılır.
"Rəqəmsallaşma cəmiyyətin bütün sahələrində gedir. Lakin cinayət proseslərində bu xüsusi sahədir və çox həssaslıq və dəqiqliklə bu prosesi həyata keçirməliyik. Cinayət prosessual qanunvericilikdə müəyyən dəyişikliklərin edilməsi zərurəti yaranıb", - K.Əliyev bildirib.