Sosial kartlar ləğv olunacaq
“Yaxın günlərdə sosial kartlar ləğv olunacaq”.
''Azad Səs'' Pravda.az-a istinadən xəbər verir ki, bunu bu gün Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli “Rəqəmsal məşğulluğa keçid - 2021-ci il üçün hədəflər” mövzusunda keçirilən konfransda bildirib.
M. Abbasbəyli deyib ki, bunun üçün 30-a qədər normativ hüquqi aktda dəyişiklik edilməsi zərurəti vardı: “Bu dəyişikliklərin hamısı həyata keçirilib. Bizim elektron sistemlərdə də müvafiq uyğunlaşdırmalar da artıq təmin olunub və bu prosesə tam hazırıq. Qanunvericiliklə bağlı son mərhələ də qəbul ediləndən sonra sosial kartları dövriyyədən çıxara biləcəyik”.
Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri qeyd edib ki, kartları şəxsiyyət vəsiqəsinin üzərindəki FİN nömrələr sosial kartların nömrələri ilə artıq uyğunlaşdırılıb: “Yəni sosial sığorta nömrəsi yenə qalacaq, amma karta ehtiyac olmayacaq”.