Səfir: Azərbaycanla Belarus arasında əlaqələr strateji xarakter alıb
Son illər Azərbaycan ilə Belarus arasında ikitərəfli münasibətlər strateji xarakter alıb.
“Report” xəbər verir ki, bunu Belarusun Azərbaycandakı səfiri Andrey Ravkov jurnalistlərlə görüşündə deyib.
“Diplomatik münasibətlərin qurulmasından ötən 30 il ərzində prezidentlərimizin 10 qarşılıqlı səfəri həyata keçirilib. Bizim qanunvericilik bazamıza müxtəlif sahələr üzrə 130 saziş daxildir. Bu yaxınlarda Belarus və Azərbaycan arasında 2025-2026-cı illər üçün əməkdaşlıqla bağlı yol xəritəsi imzalanıb”, - o bildirib.
Onun sözlərinə görə, hazırda Bakı ilə Minsk arasında ticarət-iqtisadi əlaqələr dinamik inkişaf edir: “Belarus Azərbaycanla dostluğu və qarşılıqlı faydalı əməkdaşlığı yüksək qiymətləndirir. Bundan əlavə, hazırda parlamentlərarası əlaqələr dərinləşir”.
Qeyd edək ki, martın 28-də Belarus səfiri Azərbaycanda fəaliyyət göstərən bir sıra aparıcı KİV-lərin nümayəndələri ilə görüş keçirib və aralarında “Report”un müxbirinin də olduğu azərbaycanlı jurnalistlərə mükafatlar təqdim edib.