azadses.az » Manset » Bu gün 46 mindən çox şagird üçün buraxılış imtahanı keçiriləcək

Bu gün 46 mindən çox şagird üçün buraxılış imtahanı keçiriləcək

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) 46 min 741 şagird üçün buraxılış imtahanı keçirəcək.

Bu barədə "Report"a DİM-dən məlumat verilib.

Qeyd olunub ki, imtahan Bakı şəhərinin Sabunçu, Səbail, Xətai, Nəsimi, Nərimanov rayonlarında, Gəncə - 1, Samux, Daşkəsən, Qazax, Ağstafa, Şəki, Lənkəran - 1, Astara, Biləsuvar, Ağdam, Ağcabədi, Ağsu, Zərdab, Kürdəmir, İmişli, Şirvan, Qusar, Siyəzən, Xızı, Şabran rayonlarında ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə baş tutacaq.

İmtahan saat 11:00-da başlanır. İmtahanın başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.

İştirakçıların imtahan binasına rahat şəkildə daxil olması üçün binaya müxtəlif gəlmə vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur.

Şagirdlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

- İmtahana buraxılış vərəqəsi;

- Şəxsiyyəti təsdiq edən sənədin əsli:

a) Azərbaycan vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

Şəxsiyyəti təsdiq edən sənədində şəkli olmayan şagirdlər buraxılış imtahanı üçün təhsil müəssisəsi tərəfindən verilməli olan arayışı DİM-in saytından yükləyə bilərlər.

İmtahanda iştirak edəcək şagirdlər “İmtahana buraxılış vərəqəsi”ni internet vasitəsilə DİM-in saytından çap edib götürə bilirlər.

İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 190 imtahan binası, 3468 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 543 imtahan rəhbəri və ümumi rəhbər, 4310 nəzarətçi, 631 buraxılış rejimi əməkdaşı (mühafizə) və 190 bina nümayəndəsi ayrılıb.

İmtahanda 46 min 741 şagirdin iştirakı nəzərdə tutulur. İmtahanda 40 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) şagirdlər də iştirak edəcək. Bu şagirdlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib.

Hazırda imtahanlarda iştirak edəcək nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə onlayn şəkildə təlim-seminarlar keçirilir. Bütün imtahan binalarına baxış keçirilib, imtahan zallarında şagirdlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılıb.

İmtahana 1 gün qalmış təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahan mərkəzlərinə təkrar baxış da keçirilir və imtahan zalları, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarının mühafizəsinə verilir.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Bakıda 56 yaşlı qadını avtomobil vurub
  2. Bakıda 19 yaşlı sürücü yol qəzasında xəsarət alıb
  3. Abşeronda yol qəzası olub, xəsarət alan var
  4. Biləsuvarda kişi çalışdığı mağazada ölüb
  5. Bakıda məktəbdə tüstülənmə olub, şagirdlər təxliyə edilib, xəsarət alan yoxdur
  6. Bakıda 15 yaşlı gənc yol qəzasında xəsarət alıb
  7. Nizami rayonunda yol-nəqliyyat hadisəsi olub, yaralanan var
  8. Yasamalda 23 yaşlı qızı avtomobil vurub
  9. Ağstafada avtomobil qəzası olub, xəsarət alanlar var
  10. Bakıda 17 yaşlı gənc qızı avtomobil vuraraq ağır xəsarət yetirib
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Magistraturaya II cəhd qəbul imtahanı keçiriləcək
Magistraturaya II cəhd qəbul imtahanı keçiriləcək
Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı (II cəhd) keçiriləcək. DİM-dən Ətraflı
DSX-nin Xüsusi Məktəbinə imtahan keçiriləcək
DSX-nin Xüsusi Məktəbinə imtahan keçiriləcək
Bu gün Dövlət Sərhəd Xidmətinin (DSX) Xüsusi Məktəbinin V sinfinə imahan keçiriləcək. "Report" xəbər verir ki, Ətraflı
Bütün xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Şou biznes
Müğənni Madonnadan onu məhkəməyə verən fanatlarına CAVAB
Müğənni Madonnadan onu məhkəməyə verən fanatlarına CAVAB
Keyt Middltonun dayısı Meqan Marklı ictimaiyyət qarşısında təhqir edib
Keyt Middltonun dayısı Meqan Marklı ictimaiyyət qarşısında təhqir edib
Amerika aktyoru Maykl Emmet Uolş vəfat edib
Amerika aktyoru Maykl Emmet Uolş vəfat edib
“Cockney Rebel” qrupunun solisti vəfat edib
“Cockney Rebel” qrupunun solisti vəfat edib
Rusiyada 13 yaşlı bloqer üç mərtəbəli malikanə aldı
Rusiyada 13 yaşlı bloqer üç mərtəbəli malikanə aldı
“Betmen”in ulduzu Hollivuddakı evini gizli şəkildə satıb
“Betmen”in ulduzu Hollivuddakı evini gizli şəkildə satıb
Alla Puqaçova yenə yaşayış yerini dəyişir
Alla Puqaçova yenə yaşayış yerini dəyişir
Səidə Sultan: “Hamının ərini görmüsüz, mənimkini görməsəniz də olar”
Səidə Sultan: “Hamının ərini görmüsüz, mənimkini görməsəniz də olar”
Adeldə bədən titrəmələri başlayıb
Adeldə bədən titrəmələri başlayıb
Balonlarla qızılları kimə qaldı, zəhərləndiyi sübuta yetirildimi? - İlhamənin MÜƏMMASI
Balonlarla qızılları kimə qaldı, zəhərləndiyi sübuta yetirildimi? - İlhamənin MÜƏMMASI