İranda Çərşənbə mərasimlərində 26 nəfər ölüb, minlərlə insan xəsarət alıb
İranda Novruz Çərşənbəsi mərasimlərində 26 nəfər ölüb, daha 4 360 nəfər yaralanıb.
“Report” xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.
İranın Fövqəladə Hallar Xidməti rəhbərinin sözlərinə görə, bayram günlərində 1,4 minə yaxın təcili tibbi yardım stansiyası yüksək hazırlıq vəziyyətinə gətirilib. Təkcə Tehranda gün ərzində yanğın təhlükəsi ilə bağlı 1,8 min çağırış daxil olub, paytaxtın 2 sakini ölüb.
Vətəndaşlar əsasən tonqalın üstündən tullanmaq və pirotexniki vasitələrdən düzgün istifadə edilməməsi səbəbindən yanıq xəsarətləri alıblar.