Ölkədən çıxışı məhdudlaşdırılmış şəxslərə bildirişlərin məcburi göndərilməsi təklif olunur
Ölkədən çıxışına məhdudiyyət qoyulmuş şəxslərə bildirişlərin məcburi göndərilməsi ilə bağlı müddəanın qanunvericiliyə daxil edilməsi təklif olunur.
“Report” xəbər verir ki, bu, Azərbaycanın İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2023-cü il üzrə məruzəsində əksini tapıb.
Qeyd edilib ki, şəxsin ölkədən çıxışına qoyulmuş məhdudiyyət barədə həmin şəxsin məlumatlandırılmaması, bununla bağlı məlumatın yalnız şəxsiyyət vəsiqəsinin (ümumvətəndaş pasportunu) dəyişdirilməsi və ya sərhədi keçərkən bildirilməsinin hüquqların məhdudlaşdırılmasına səbəb olduğunu nəzərə alaraq, ölkədən getmək və ölkəyə gəlmək hüququ məhdudlaşdırılan vətəndaşlar barədə məlumatların “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminə daxil edildiyi andan həmin vətəndaşlara bildirişin göndərilməsinin məcburiliyi ilə bağlı müddəaların qanunvericiliyə daxil edilməsi təklif olunur.