Kəlbəcərdə 31 ildən sonra ilk dəfə seçki məntəqələri açılıb, səsvermə keçirilir
İşğaldan azad olunan Kəlbəcər rayonunda növbədənkənar Azərbaycan Prezidenti seçkiləri üzrə səsvermə başlayıb.
“Report”un Qarabağ bürosu xəbər verir ki, rayonda 123 saylı Kəlbəcər seçki dairəsinin iki məntəqəsi yaradılıb.
Kəlbəcər şəhərində fəaliyyət göstərən Bakı Abadlıq şirkətinin inzibati binasında yerləşən 63 saylı məntəqədə 603, Kəlbəcər Su-Kanal İdarəsinin inzibati binasında yaradılan 64 saylı məntəqədə isə 875 seçici qeydiyyatdadır.
Kəlbəcər rayonunda ümumilikdə 1 478 seçici var. Seçkilərin gedişini 28 yerli müşahidəçi izləyir.
Məntəqələr bütün ləvazimatlarla təchiz edilib. Burada səsvermə kabinəsi quraşdırılıb, məntəqə üzvləri, müşahidəçilər üçün yerlər ayrılıb. Səsvermə otağına səsvermə qutuları, stol, yazı ləvazimatı və gizli səsvermə üçün lazım olan digər zəruri əşyalar qoyulub. Seçki günü səhhətində problem olduğuna görə məntəqəyə gələ bilməyən seçicilərin səsverməsini təşkil etmək üçün səyyar seçki qutusu ayrılıb.
Qeyd edək ki, bu gün Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilir. Seçkilərdə hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev mübarizə aparır