"Azərbaycan Dəmir Yolları" ötən il 35 milyon manat investisiya yatırıb
2023-cü ildə “Azərbaycan Dəmir Yolları” QSC (ADY) xərclərinin optimallaşdırılması və əlavə gəlirlərin təmin edilməsi hesabına 35 milyon manat investisiya yatırıb.
“Report” bu barədə ADY-yə istinadən xəbər verir.
"Səhmdar cəmiyyətinin əsas uğurlarından biri öz vəsaitləri hesabına iri investisiya layihələri həyata keçirməsidir. Ötən il investisiya hesabına 16 km rels dəyişdirilib, Keşlə, Biləcəri stansiyalarında, Yeni Suraxanı–Suraxanı, Yeni Suraxanı–Hövsan hissələrində 22 km yol əsaslı təmir olunub, Zirə limanı ilk dəfə dəmir yolu şəbəkəsinə qoşulub, Biləcəri çeşidləmə parkının yolları 1960-cı illərdən ilk dəfə bərpa edilməyə başlanıb", - deyə məlumatda qeyd olunub.