Özbəkistan Prezidenti Çinə səfər edəcək
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev yanvarın 23-dən 25-dək Çində səfərdə olacaq.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Hua Çunin məlumat verib.
Çin XİN bu səfərin təfərrüatları barədə məlumat verməyib.
Xatırladaq ki, Çin Özbəkistanın ən böyük ticarət tərəfdaşıdır. 2023-cü ildə iki ölkə arasında ticarət dövriyyəsi 44,9 faiz artaraq 14 milyard dollara çatıb.